Ordu.az xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən Komissiyanın sədri Baş nazirin müavini, Komissiyanın katibi Nazirlər Kabineti Aparatının humanitar və sosial məsələlər şöbəsinin müdiri təyin edilib.
Komissiyanın üzvləri: müdafiə nazirinin müavini, daxili işlər nazirinin müavini, mədəniyyət nazirinin müavini, gənclər və idman nazirinin müavini, təhsil nazirinin müavini, səhiyyə nazirinin müavini, maliyyə nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Əmlak Məsələləri, Dövlət Komitəsi sədrinin müavini, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin müavini, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin müavini, Dövlət Turizm Agentliyi sədrinin müavini, Milli Arxiv İdarəsi rəisinin müavini, Azərbaycan Milli Elmlər Akademiyasının vitse prezidenti, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin olunublar.
Ordu.az