Ordu.az xəbər verir ki, görüşdə zabit M.Bağıyev erməni təxribatına qarşı döyüşlərdə Azərbaycan əsgərinin qəhrəmanlığından, yüksək döyüş əhval-ruhiyyəsindən, düşmənə layiqli, sarsıdıcı zərbə endirilməsindən fərəhlə danışıb.
Aprel döyüşlərində ermənilərə məxsus onlarla tankın, artilleriya və möhkəmləndirilmiş mühəndis qurğularının, xeyli canlı qüvvənin məhv edildiyini deyən zabit torpaqlarımızın azadlığı uğrunda hər bir əsgərin, zabitin, gəncin hazır olduğunu, Ali Baş Komandanın əmrini gözlədiyini söyləyib.

Görüşdə Azərbaycan Ordusunun yüksək döyüş əzmindən ətraflı bəhs olunub.
Sonda mayor Mirdaməd Bağıyevə rayon icra hakimiyyətinin başçısı tərəfindən fəxri fərman verilib.
Qeyd edək ki, Mirdaməd Bağıyev döyüşdə yaralanmasına baxmayaraq, sonadək vuruşaraq qəhrəmanlıq göstərib. O, bu şücaətinə görə Ail Baş Komandan İlham Əliyev tərəfindən Vətənə xidmətə görə medalı ilə təltif olunub.
Ordu.az