Ordu.az xəbər verir ki, bu barədə 168.am saytına verdiyi müsahibəsində Azərbaycan və Ermənistan rəhbərlərinin Vyanada baş tutan görüşü nəticəsində humanitar tədbirlərin həyata keçirilməsinə dair razılaşma əldə edildiyi haqqında yayılan məlumatları şərh edərkən politoloq Yervand Bozoyan bildirib.
Onun fikrincə, görüş zamanı əldə edilən razılaşmalar barədə yalnız ehtimallar etmək olar, qalan məsələlər isə gedişatda zaman keçdikcə ortaya çıxacaq.
“İnsanlar arsında heç olmasa gərginliyin azaldılması baxımdan təmasların yaradılmasından söhbət gedə bilər. Humanitar tədbirlər dedikdə isə anti-Ermənistan və anti-Azərbaycan təbliğatının aparılmasına son verilməsi barədə razılaşma da əldə edilmiş ola bilər”, - deyə Bozoyan qeyd edib.
O, qaçqınlar məsələsinin ciddi siyasi məsələ olmasına görə, humanitar tədbirlər dedikdə qaçqınların nəzərdə tutulmasını istisna edib.
Ermənistanın Müdafiə naziri Davit Tonoyanın “sülh müqabilində, ərazi” formatı, “yeni müharibə, yeni ərazilər” formatı ilə əvəz olunmasına dair təxribatçı bəyanatına gəldikdə isə o bildirib ki, bu, son zamanlar “sülh müqabilində, ərazi” formatı haqqında çox danışılması, erməni tərəfindən isə hər hansı ciddi bir cavab olmamasının nəticəsidir.
Bozoyan qeyd edir ki, erməni tərəfinin ərazi qaytarılması barədə niyyətinin olmadığını düşünür. O, ötən 7-8 ayı mövcud olan şübhələrin, təzyiqlərin olduğu dövr hesab edir və bu mövqeni sərgiləməklə həmin məqamı neytrallaşdırmağa cəhdlər edildiyini vurğulayır. Erməni politoloq, danışıqlarda erməni tərəfini belə bir bəyanat verməyə məcbur edən halın olması barədə məsələyə aydınlıq gətirməkdə çətinlik çəkdiyini qeyd edir.
Alpər Mövludoğlu
Ordu.az