Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən ABŞ səfərindən qayıtdıqdan dərhal sonra Müdafiə naziri Davit Tonoyan “Yerablur” adlanan əraziyə gələrək, apreldə ölən ermənilərin məzarlarını ziyarət edib.
Tonoyan “Yerablur”da jurnalistlərin suallarını cavablandırarkən xüsusilə rəsmi şəkildə bəyan edilən aprel döyüşləri haqqında kəşfiyyatın bəzi məlumatlara malik olması, lakin müvafiq tədbirlər görməməsi ilə bağlı niyə cinayət işinin açılmamasına dair suala Tonoyan belə cavab verib: “Əzizlərim, bu dinc dövr yox, müharibə şəraitidir. Səhvlər də olacaq, düşünmürəm ki, bütün səhvlər cinayət məsuliyyətinə cəlb edilməklə cəzalandırılmalıdır”.
Erməni jurnalistin, “Yəni kəşfiyyatın bilməsi, məlumatlandırması, lakin müvafiq tədbirlər görülməməsi, bu cəzalandırılmalı səhv deyildir?” sualını isə o yenə yayınmaqla cavablandırıb: “Qeyri-dəqiq dəyərləndirmə nəticəsində, ola bilər bir az gec addım atılıb, ancaq hamımız görürük ki, uşaqların həyatı boş yerə məhv olmayıb”.
Alpər Mövludoğlu
Ordu.az