Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ötən gün jurnalistlərlə keçirilən görüşdə “Dirkapah” (mövqe qoruyan) aprel döyüşləri iştirakçıları birliyinin üzvləri bildiriblər.
“Bəzilərinin həmin günləri bir balaca geniş miqyaslı hərbi əməliyyatlar hesab etdiklərini tez-tez eşidirik. Aprel hadisələri müharibədir, yoxsa gərək Qarabağ tutardılar sonra müharibə hesab olunardı? Bu yanaşma ilə hər hansı bir irəliləyiş mümkün deyil”, - deyə ictimai təşkilatın sədri Manuel Manukyan bildirib.
Onların sözlərinə görə, Ermənistanda baş verən inqilabla müqayisədə ermənilər aprel döyüşlərində daha çox vahid şəkildə təşkilatlanıblar.
Aprel döyüşləri iştirakçısı Mikayel Sahakyan isə daha çox əllilliklə bağlı problemlər yarandığını bildirib. O, əlillik dərəcəsinin bərpası və tibbi müayinə olunması üçün MN-ə müraciət etdiyini, lakin mənfi cavab aldığını qeyd edir. Ermənistan MN-dən bildirilib ki, onun səhhətində problem yoxdur. Lakin şikayətçi qeyd edir ki, ağciyərlərində 3 qəlpə hələ də var. O, 2 il ərzində 3-cü qrup əlil kimi təqaüd aldığını, lakin 1 il əvvəl həmin təqaüdün ləğv edildiyini bildirib.
“Heç bir dövlət orqanından aprel yaralılarına yardım edilmir, köməklik göstərilmir. Dərmanları da özümüz alırıq. Hərbi biletlərdə aprel döyüşlərinin iştirakçıları olmaları barədə müvafiq qeydlərin aparılmasında da problemlər var. Yay ayında tərxis edilənlərin hərbi biletlərində yazılsa da, sonra təxris edilənlərin hərbi biletlərində bu qeydlər aparılmır. Müdafiə Nazirliyinin sabiq və indiki rəhbərliyinə edilən müraciətlər isə nəticəsiz qalıb”, - deyə o əlavə edib.
Sonda rəhbərlik etdikləri ictimai təşkilatın maliyyə problemləri olduğunu bildiriblər.
Alpər Mövludoğlu
Ordu.az