Birinci vitse-prezident: "Ordumuz lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir"

2019/04/mehri-3108453982.jpg
Oxunub: 30856     20:51     02 Aprel 2019    
"Aprel döyüşləri bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan dövləti işğalla heç zaman barışmayacaq və Azərbaycan Ordusu lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir"

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi İnstagram səhifəsində yazılıb.

Birinci xanımın Aprel qələbəsinin ildönümü ilə bağlı paylaşımında qeyd olunub: "Bu döyüşlər zamanı mərd və cəsarətli Azərbaycan gəncləri, əsgərlərimiz, zabitlərimiz Vətən yolunda qəhrəmanlıq göstərərək şəhid oldular, ömürlərini qurban verdilər. Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha qüdrətli, daha möhkəm olması yolunda şəhid olmuş bütün insanlara Allah rəhmət eləsin. Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq".


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mehriban-Əliyeva   Aprel-döyüşləri  


Bizi "telegram"da izləyin