Ordu.az-ın Qərb bürosunun məlumatına görə, aprelin 2-də gənclərin hərbi xidmətə yola salınması münasibətilə keçirilən tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar və valideynlər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Çıxış edənlər ordu quruculuğu sahəsində qazanılan uğurlardan söhbət açıblar. Gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmaq, ölkəmizin ərazi bütövlüyünü şərəflə qorumaq, hərb işinin sirlərinə mükəmməl yiyələnmək tövsiyə olunub.

Bildirilib ki, gün Azərbaycan Silahlı Qüvvələri ən müasir hərbi texnikaya, güclü maddi-texniki bazaya və mükəmməl döyüş hazırlığına malik bir ordudur. Cənubi Qafqazda birinci, dünyada 52-ci yerdə qərarlaşan ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.
Hərbi xidmətə yola düşən gənc çağırışçılar Vətənə layiqli övlad kimi xidmət edəcəklərinə söz veriblər. Bundan sonra gənclər üçrəngli dövlət bayrağının altından keçərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Komitəsinin ayırdığı nəqliyyat vasitələri ilə təyin olunduqları hərbi hissələrə yola düşüblər.

Cümşüd Məmmədov
Ordu.az