Tərtərdə Nicat İsgəndərovun şəhadətinin 3-cü ildönümü anılıb - FOTOLAR

2019/04/55882-6216826184.jpg
Oxunub: 7494     15:59     02 Aprel 2019    
Tərtər rayonunda aprel şəhidi Nicat İsgəndərovun şəhadətinin 3-cü ildönümü anılıb.

Ordu.az-ın Qarabağ bürosunun məlumatına görə, bu məqsədlə rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və əlilləri, məktəblilər şəhidin məzarını ziyarət ediblər.

Özünün də Qarabağ müharibəsi iştirakçısı olduğunu bildirən şəhidin atası, Bəhruz İsgəndərov qeyd edib ki, düşmənin işğalı altında olan torpaqlarımızdan geri çəkilməsində oğlunun da xidməti olduğu üçün daha da qürurludur.

Çıxış edənlər, Nicat İsgəndərov və onun döyüş yoldaşlarının uzun illərdən sonra, Vətən torpağının bir hissəsinin düşməndən geri alınmasının xalqımızda, xüsusilə də azyaşlı və yeniyetmələrdə vətənpərvərlik hissinin daha da yüksəlməsinə səbəb olduğu bildiriliblər.

Sonda məktəblilər vətən və şəhidlər haqqında şeirlər səsləndiriblər.









Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aprel-döyüşləri   Şəhid  


Bizi "telegram"da izləyin