Bu barədə ötən gün Rusiya Daxili İşlər Nazirliyinin Esktremizmə Müqavimət Baş İdarəsinin rəisi Oleq İlyinix deyib.
Onun sözlərinə görə, İŞİD terrorçuları bütün dünyada terror fəaliyyətləri həyata keçirə biləcək ümumdünya terror şəbəkəsinin, “yatan” dairələrin yaradılması üzrə planlar hazırlayırlar. İlyixinin bu bəyanatına Ermənistanın Milli Təhlükəsizlik Xidməti cavab verib. Ermənistan MTX-dən verilən cavabda qeyd edilir ki, digər ərazilərdə fəaliyyət göstərən terror təşkilatlarının fəaliyyətinin daim detallı incələnməsi həyata keçirilir.
Ermənistanın “Lragir” nəşri, Rusiya DİN-in nümayəndəsi tərəfindən açıqlanan bəyanatda MDB-nin üzvü olan Azərbaycanın adının çəkilməməsini xüsusi təəccüblə qarşılayır. Nəşrə görə, Mərkəzi Asiya ölkələrinin vətəndaşları İŞİD-in terrorçuluq fəaliyyətində iştirak edirdilər, hazırda məğlubiyyətdən sonra həmin şəxslər ölkələrinə qayıdaraq terror qruplaşmaları yarada bilərlər.
“Ümumiyyətlə dünya mətbuatında məğlub olan İŞİD döyüşçülərinin hara gedəcəyi geniş müzakirə mövzusudur. Məlumdur ki, İŞİD müxtəlif qruplaşmalardan təşkil edilib. Moskvanın İŞİD-də öz payı var. Mətbuatda yayılan məlumatlardan aydın olur ki, İŞİD tərkibində döyüşən yüzlərlə qafqazlı vardı. Bunların çoxu Rusiyanın Şimali Qafqaz bölgəsindəndir. Bu şəxslər Rusiya tərəfindən toplanaraq nəzarət altında Soçi olimpiadasından əvvəl Suriya və İraqa göndərilib. Belə çıxır ki, bu şəxslərin siyahısı Rusiyaya məlumdur və hara qayıdacaqlarını bilirlər. Bəs belə olan halda niyə həmin dövlətlərin siyahısında Azərbaycan yoxdur”, - deyə nəşr İlyinixin açıqlamasına təxribatçı don geyindirməyə çalışır.
Nəşr daha sonra yazır ki, bu mənada Rusiya DİN rəsmisinin bəyanatı Ermənistana qarşı açıq-aşkar təhdid əlaməti hesab oluna bilər.
“Moskva son zamanlarda Lazaryev komitəsini yaratmaqla, Ermənistana qarşı təbliğatı gücləndirərək “yumşaq gücün” geniş miqyaslı tətbiqinə başlayıb. DİN rəsmisinin bəyanatı doğrudanmı bu siyahının tərkib hissəsinə aiddir?”, - deyə nəşr açıq-aşkar Rusiyanın Ermənistanı İŞİD-lə təhdid etdiyini vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az