Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, xüsusilə bu qərarı qəbul edən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Artak Davtyan tənqid atəşinə tutulur.
Qeyd edilir ki, intizamsız əsgərlərin ön xətt hərbi hissələrinə göndərilməsi cəza deyil. Yeri gəlmişkən, Ermənistan ordusunun 4-cü korpusuna aid olan Meğrinin Aqarak şəhərində yerləşən hərbi hissəsi də cənub-şərq istiqamətində Ermənistan-Naxçıvan sərhədi boyunca döyüş növbətçiliyi həyata keçirən hərbi hissədir. Həmin əsgərləri isə Ermənistanın şərq istiqamətində və Qarabağ ərazisində dislokasiya olunan hərbi hissələrə köçürüblər.
Ona görə də ön xətt hərbi hissəsinə köçürülməni cəza hesab etmək olmaz, əslində komandanlıq erməni əsgərlərinin qulluq yerlərinin dəyişdirilməsi ilə başqa bir problemi həll etməyə çalışıb.
Qeyd edilir ki, Meğridəki hərbi hissədə baş verən daha ağır intizam pozuntusu olmaqla, fərarilikdir. Belə bir vəziyyətdə hərbi hissə komandanlığı ciddi və kəskin addımlara əl atmalı idi.
“Hazırda həmin əsgərlər döyüş tapşırığı, döyüş növbətçiliyi daha ağır olan hərbi hisslərə köçürülüblər. Naxçıvanla sərhəddə yerləşən hərbi hissələrlə müqayisədə Ermənistanın qərb istiqamətindəki və Qarabağdakı hərbi hissələrin döyüş tapşırığı daha mürrəkkəbdir. Məsələn, Şəmşəddin rayonu istiqamətindəki döyüş növbətçiliyinin daha mürrəkkəb olmasına görə, orada oğru aləmi qanunlarının qüvvədə olması ehtimalının daha az olduğu düşünülür”, - deyə erməni KİV-ləri yazıb.
Alpər Mövludoğlu
Ordu.az