Hazırda ABŞ-ın 55 faiz hərbi xərcləri labüd ehtiyaclardan dolayı yox, istəyə bağlı məqsədlərdən dolayı formalaşır. Belə ki, hazırda Pentaqon büdcəsi İkinci Dünya Müharibəsi ərəfəsində mövcud olan hərbi xərcləri o zamankı dəyərlə belə kəskin şəkildə üstələyir. Bunun isə əhəmiyyətli hissəsini NATO-nun mövcudluğundan qaynaqlanır. Eyni zamanda son dövrlərdə NATO missiyasının davam etdirilməsi üçün İraq və Suriyadakı müharibələrlə bağlı bir sıra yanlış məlumatlandırılma hallarının ortaya çıxdığı iddia edilir. Əlbəttə ki, burada səsləndirilən yanlış məlumatlandırma kimisə qaralama kompaniyası ilə bağlı yox, birbaşa ölkə daxilində dəstəyin əldə edilməsi üçün bu əməliyyatlarda ciddi nailiyyətlərin əldə edilməsi ilə bağlı ortaya atılan saxta xəbərlərlə bağlıdır. Yəni hazırda heç də Əfqanıstan, yaxud Suriyada vəziyyətin yaxşı olduğundan söhbət gedə bilməz.
Bəs NATO-nu ABŞ üçün bu qədər əhəmiyyətli edən nədir? Ehtimal ki, NATO Avropa ölkələrini sülh içində saxlamaqdan ziyadə SSRİ-yə qarşı bir sədd qurulması məqsədi güdürdü. Sovetlərin süqutundan sonra isə bu ittifaqın davam etdirilməsi Liviyadakı kimi beynəlxalq müdaxilə imkanlarının formalaşmasına imkan yaratmaq məqsədi güdürdü.
Əslində buradan anlamaq mümkündür ki, NATO bir məqsədə xidmət edir, lakin bu məqsədin ABŞ tərəfindən idarə edilməsi bir o qədər də inandırıcı görünmür. Hazırda NATO olduqca təhlükəli və geniş miqyaslı silahlara, geniş maliyyə imkanlarına sahibdir və bunların artıq ləğv edilməsi bir az mümkünsüz görünür. Bu təxminən iqtisadiyyatda səsləndirilən dövlət bir sahəyə pul xərcləməyə başladımı ordan geri qayıda bilməz ifadəsinə bənzəyir. NATO-nun da artıq mövcudluğu müəyyən aspektlərdən bu mənaya gəlir. NATO artıq bu məqamdan sonra öz-özünü ləğv etsə, ona üzv ölkələrin də hamısı ləğv edilmiş olar. Çünki özünü alyanssız şəkildə düşünməyən ölkələrin əhəmiyyətli hissəsi təklidə o qədər də ciddi güc (ABŞ, Kanada, Almaniya, Britaniya, Fransa xaric) sahibi deyillər. Buna görə də bu dövlətlərin NATO-dan kənar mövcudluğu hardasa mümkünsüz hala gəlib. Bir növ bu dövlətlərdə NATO asılılığı meydana gəlib.
Əsas etibarilə görünən odur ki, mövcudluğunu qorumaq üçün NATO-nun əhəmiyyəti bu dövlətlərə, beynəlxalq təsir imkanlarını göstərmək üçün yuxarıda istinsa edilən ölkələrə, qlobal güc olmaq üçün isə ABŞ-a NATO olduqca əhəmiyyətlidir. Yəni istənilən halda qurulan sistem onu göstərir ki, NATO-nun mövcudluğu bütün üzvlər üçün əhəmiyyətlidir və bu baxımdan da onun möhkəm bir şəbəkə altında bir-birinə bərk bağlanan üzvlərdən ibarət olduğunu deyə bilərik.
Dəyanət Ağalarlı
Ordu.az