Ermənistan BQ rəisi: "Birbaşa müharibə təhlükəsi yoxdur"

2018/07/45645_1530536699.jpg
Oxunub: 3350     21:03     02 İyul 2018    
"Birbaşa müharibə təhlükəsi yoxdur. Ancaq hər zaman bəyan etmişik ki, hər hansı dərəcədə bu təhlükə daim mövcuddur".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan BQ rəisi general-mayor Artak Davtyan jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ermənistan ordusu hər an müharibə vəziyyətinə hazırdır. Davtyan qeyd edib ki, görülən tədbirlər müharibənin başlaması ehtimalını aradan qaldırmağa yönəlib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-Azərbaycan   BQR   Müharibə  


Bizi "telegram"da izləyin