“Atamın cənazəsi kəndimiz üçün son yas mərasimi oldu” – Cocuq Mərcanlıdan REPORTAJ

2018/07/36541406_190695721782668_1026225900724682752_n_1530527626_6122144608.jpg
Oxunub: 2087     20:51     02 İyul 2018    
Artıq xəbər verdiymiz kimi, dünən, iyulun 1-də Rusiyanın Dövlət Dumasının deputatları, tanınmış rusiyalı politoloqlar və analitiklər Azərbaycan Respublikasının Cəbrayıl rayonunda yerləşən, Ermənistanın işğalından azad edilən "Cocuq Mərcanlı" kəndini ziyarət edərək, "Azərbaycan Cənubi Qafqazda Rusiyanın yeganə müttəfiqi" adlı konfrans keçiriblər.

Cocuq Mərcanlını ziyarət edənlər arasında Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin, Milli Müdafiə jurnalının baş redaktoru Maksim Şevçenko, məşhur hərbi ekspert İqor Korotçenko, siyasi təhlilçi Yevgeniy Bakhrevski, Dövlət Dumasının deputatları Aleksey Ezubov, Dmitri Savelyev və başqaları var idi.

Konfrans haqqında oxucularımıza artıq kifayət qədər məlumat vermişik və bu gün Azərbaycan xalqının ata-baba torpaqlarına qaytarılması simvoluna çevrilən kənd haqqında danışmaq istərdik. Baxmayaraq ki, kənd və dövlət tərəfindən həyata keçirilən geniş miqyaslı işlər haqqında kifayət qədər yazılar yazılıb. Bu sətirlərin müəllifi burada ilk dəfə idi və etiraf edim ki, Cocuq Mərcanlı bütün gözlənilən nəticələrdən daha yaxşıdır.


Hal hazırda bu kənd cəbhənin ön xətdində yerləşir və öz gözəlliyi və infrastrukturu ilə demək olar ki, hər hansı bir Bakı qəsəbəsindən fərqlənmir.

Könüllü olaraq kəndlə məni tanış edən, 1995-ci ilin may ayından bu yana Cocuq Mərcanlı kəndində yaşayan 8 nəfərdən ibarət olan yeganə ailənin başcısı Oqtay Xəziyev oldu. Onun sözlərinə görə, 1993-cü ildə Qarabağ münaqişəsi zamanı kənd Ermənistan tərəfindən işğal edilib. Buna baxmayaraq, 1994-cü ilin yanvar ayında uğurlu Horadiz əməliyyatının nəticəsi olaraq, Cocuq Mərcanlı, o cümlədən Füzuli rayonunun ərazisində yerləşən 20 kənd, eləcə də Horadiz Ermənistanın işğalından azad edildi.


“Lakin həyat burada təhlükəsiz deyildi, çünki kəndin yaxınlığında yerləşən Lələtəpə strateji yüksəkliyi Ermənistan ordusunun nəzarəti altında idi. Buna görə də yerli əhali bura qayıda bilmirdi. Yalnız mən və ailə üzvlərim buranın yeganə sakinləri idik. Uşaqlarımız qonşu kənddə məktəbə gedirdilər. Biz burada müharibə şəraitində yaşayırdıq. Bütün ümüdmüz şanlı ordumuza idi. Mən ov tüfəngimdən demək olarki ayrılmırdım. Bura baxın (Lələtəpəni göstərir), burada ermənilər var idi. Kənd onların ovuclarının icində idi. Nə gündüz, nə də gecə kənddə getmək təhlükəsiz deyildi. Düşmən, silahsız əhaliyə atəş açdığı haqda fikirləşmədən hər gün kəndi atəşə tuturdu.

2016-cı ilin aprelin əvvəllərində atəşkəsi pozma hallarnın intensivliyi bir neçə dəfə artdı. Ermənistan ordusu bütün arsenalından istifadə etməyə başladı. Nəticədə, Ermənistanın təxribatlarını dayandırmaq üçün, şanlı ordumuz əks-hücuma başladı. Ordumuz Lələtəpədən erməniləri qovduqdan sonra, kənddə mülki əhalinin qaytarılması və təhlükəsiz yaşayışı üçün fürsət yarandı”, - deyə o həmin günləri xatırlayır.


O. Xəziyevin sözlərinə görə, birinci mərhələdə Cocuq Mərcanlıda 50 yaşayış evi, 96 şagird üçün nəzərdə tutulan məktəb və müvafiq infrastruktur tikilib. İnsanlar evlərinə dönməyə başladılar. Sonra daha 100 ev tikildi.

“Müharibədən əvvəl burada 187 ev var idi. Lələtəpə yaxınlığında bizim kənd qəbiristanlığımız yerləşir. Atam orada torpağa basdırılıb. Atamın cənazəsi 1993-cü ilin avqustunda kəndimiz üçün son yas mərasimi oldu - bir neçə gün sonra Cocuq Mərcanlı Ermənistan tərəfindən işğal edildi. Atamın yas mərasimini belə keçirə bilmədik.

Bu gün burada normal həyat üçün bütün şərait yaradılıb. Dövlət başçısı İlham Əliyev şəxsən buraya gəldi, mənə birinci dərəcəli “Əmək” ordeni verildi, 4 otaqlı ev və 70 hektar əkinçilik sahəsi ayrıldı”, - deyə O. Xəziyev bildirib.


Cəbhə xəttinin yaxınlığına baxmayaraq, kəndə qayıdan insanlar artıq qarğıdalı, şəkər çuğunduru, günəbaxan əkiblər. Xəziyev deyir ki, bu gün infrastruktur baxımından Cocuq Mərcanlı Bakıdakı istənilən yaşayış məntəqəsi ilə rəqabət apara bilər. Burada elektrik, qaz, su, bir uşaq bağçası, tibb mərkəzi, kənd klubu, poçt şöbəsi var və kənddə olan yollar paytaxt yollarından heç də geri qalmır.

“Bizə qarşı olan diqqətə görə Prezidentimizə təşəkkür edirik. Biz daima hökumətin diqqət mərkəzindəyik, bizə lazım olan bütün yardımla təmin edilirik. Bu gün işğaldan əvvəl yaşadığımızdan daha yaxşı yaşayırıq. İnanıram ki, tezliklə ordumuz Azərbaycanın bütün işğal olunmuş torpaqlarını azad edəcək və yüz minlərlə vətəndaş nəhayət, bizim kimi öz evlərinə qayıda biləcəklər”, - deyə Xəziyev qeyd edib.

Bəhrəm Batıyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cocuq-Mərcanlı   Böyük-Qayıdış  


Bizi "telegram"da izləyin