Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın istintaq orqanları tərəfindən hərbi hissədə iri həcmdə yanacaq mənimsəmə və ya mənimsənilməsinə yardım etmə faktına görə 6 nəfər hərbi qulluqçu həbs edilib, 2 nəfər isə yaşayış yerini tərketməmə iltizamı qarşılığında buraxılıb.
Araşdırma nəticəsində məlum olub ki, polkovnik rütbəli hərbi hissə komandiri səlahiyyət mövqeyindən sui-istifadə etməklə yanacaq sürtgü materialları xidməti rəisi mayor rütbəli hərbi qulluqçu ilə öncədən razılığa gələrək, 2018-ci ilin yanvar-iyun ayları ərzində tabeliyindəki şəxslərə hərbi texnikanı müəyyən ediləndən az istismar etməklərinə dair göstəriş verib.
Qənaət nəticəsində əldə edilən 24 ton dizel yanacağını sataraq 8.856.000 erməni dramı həcmində ziyan vurulub. Hərbi hissənin komandiri, yanacaq sürtgü materialları xidməti rəisi, yanacaq sürtgü materialları anbar rəisi, 1-ci, 2-ci və 3-cü divizionların komandirləri həbs edilib.
Sürücü və elektrik mexaniki yaşayış yerini tərketməmə iltizamı qarşılığında azad buraxılıb.
Cinayət işi ilə bağlı araşdırma davam edir.
Alpər Mövludoğlu
Ordu.az