Ermənistanda MTX-nın əməkdaşı qəza törədib: Yaralılar var

2018/07/4565_1530521130.jpg
Oxunub: 3814     16:43     02 İyul 2018    
Ermənistanın Loru vilayətində təhlükəsizlik xidmətinin əməkdaşı qəza törədib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, iyunun 30-da saat 17:30 radələrində Loru vilayətinin Alaverdi-Vanadzor yolunda 26 yaşlı Tumanyan şəhər sakini Maşak Baxçinyanın idarə etdiyi "Mercedes" və Vanadzor şəhər sakini 42 yaşlı Norayr Ohanyanın idarə etdiyi ВАЗ 2105 markalı avtomobillər toqquşub.

Sürücülərdən N. Ohanyan və onun sərnişini bədən xəsarətləri ilə tibb mərkəzinə təxliyyə ediliblər.

Məlumata görə, sürücülərdən biri, 26 yaşlı Maşak Baxçinyan təhlükəsizlik xidmətində qulluq edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MTX   Qəza  


Bizi "telegram"da izləyin