"Torpaqlarımızı işğaldan azad etmək üçün hazırlıqlarımızı davam etdiririk" - Kərim Vəliyev

2018/06/11_1530355668.jpg
Oxunub: 4349     18:46     30 İyun 2018    
"Düşmənə qarşı informasiya müharibəsi ən vacib istiqamətlərdən biri sayılır. Son illərdə Ermənistanın yalançı informasiya təbliğatını darmadağın edən xeyli işlər görülüb".

Ordu.az xəbər verir ki, bunu Azərbaycan müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev deyib.

K.Vəliyev qeyd edib ki, Azərbaycan Ordusu işğal altındakı torpaqların azad edilməsi istiqamətində hazırlıqlarını davam etdirir.

"Ona görə biz torpaqlarımızı işğaldan azad etmək üçün hazırlıqlarımızı davam etdiririk. Düşmən aprel döyüşlərindən sonra özünə gələ bilməyib. Rəhbər heyətləri daxilində kifayət qədər dəyişikliklər aparılıb. Lakin məğlubiyyətlərini etiraf etmək istəmirlər. Bəs məğlub olmamısınızsa bu qədər dəyişiklik nəyə lazım idi? Son günlər Manvel Qriqoryanla bağlı baş verənlər də "Yerkrapah" təşkilatının cürüklüyünü göstərdi. Düşmən hələ də hərbi paradın şokundan ayılmayıb. Dünən baş qərargah rəisləri - Artak Davtyan gülünc açıqlamalar verib. Bütün bunlar erməni cəmiyyətinin sakitləşməsinə yönəlib.

Ermənistan hərbi rəhbərliyinin populist çıxışlarından fərqli olaraq, biz torpaqlarımızı işğaldan azad etmək üçün hazırlıqlarımızı davam etdiririk. Ali Baş Komandanın əmr verdiyi an torpaqlarımızı işğaldan azad etməyə hazır olacağıq", - deyə general-leytenant bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kərim-Vəliyev   MN  


Bizi "telegram"da izləyin