Ordu.az xəbər verir ki, Azərbaycan müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev bununla bağlı keçirilən tədbirdə ordu ilə mətbuatın əməkdaşlığının böyük əhəmiyyət kəsb etdiyini söyləyib.
Tədbirdə çıxış edənlər Müdafiə Nazirliyi ilə mətbuat arasında əməkdaşlığı əhəmiyyətini qeyd ediblər, bununla bağlı təkliflər irəli sürüblər.
Sonda Respublikada həyata keçirilən ordu quruculuğunun təbliğində fəal iştirakına və Müdafiə Nazirliyi ilə səmərəli əməkdaşlığa görə Azərbaycan Ordusunun 100 illik yubileyi münasibəti ilə müdafiə naziri Zakir Həsənov tərəfindən təltif olunan media təmsilçilərinə fəxri fərmanlar təqdim edilib. Jurnalistlərin təltif olunması ilə bağlı qərarı müdafiə naziri general-polkovnik Zakir Həsənov imzalayıb.
Qeyd edək ki, Z. Həsənov tərəfindən təltif olunan media təmsilçiləri arasında Ordu.az-ın baş redaktoru Şahin Qocayev də var.
Ordu.az