Erməni polkovnik: "Müharibə geniş miqyaslı olacaq, hansı texnikaları aldıqlarını çox yaxşı gördük"

2018/06/234_1530339594.jpg
Oxunub: 3041     14:43     30 İyun 2018    
“Əliyevin bəyanatı ciddidir. Ən yaşlı adamdan tutmuş yeni doğulan körpəyədək qarşıdakı müharibəyə hazırlaşmalıyıq”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Tiqran Mets” (Böyük Tiqran) hərbi idman məktəbinin təsisçi-direktoru polkovnik Koryun Qumaşyan bildirib.

Polkovnik Qumaşyanın sözlərinə görə, hərbi paradda Türkiyə silahlı qüvvələrinin təmsil olunması, onu göstərir ki, müharibə olduğu halda Türkiyə Azərbaycanın yanında olacaq.

O əlavə olaraq bildirib ki, erməni tərəfi bütün maliyyə mənbələrindən istifadə edərək, dünya ölkələrinin onlar barədə nə düşünəcəyindən asılı olmayaraq, ildırım sürəti ilə hərbi texnikanı müasirləşdirməlidir.

Polkovnik Qumaşyan, Azərbaycanın artıq Arpa kəndini və Vardenisi hədəf seçdiyinə diqqət çəkir: "Azərbaycanın Qarabağa gedən təminat yolunu nəzarətə götürməsi, böyük müharibəyə hazırlaşdıqlarını sübut edir. Həmin dövrdə yayılan video məlumatlar məhz Arpa (Areni), Yeğeqnadzor, Ararat şəhərlərinin hədəf altında olduğunu nümayiş etdirmək idi. Bu reallıqdır, həmin yerdən Arpa (Areni), Yeğeqnadzor, Ararat yaşayış məntəqələri bir mənalı şəkildə hədəfə alınıb.

Erməni tərəfinin həmin yüksəklikdən texnika irəliləyə bilməz deməsinə... texnikanın hərəkəti lazım deyil. Orada fəaliyyətləri istiqamətləndirmək üçün yalnız müşahidəçi lazıımdır. Azərbaycan tərəfi ora top yerləşdirib, yolu kəsməyəcək. Orada 1 nəfər müşahidəçi oturaraq, ordunu necə hədəf almağa istiqamətləndirəcək".

Polkovnik Qumaşyan qeyd edib ki, müdafiə olunan nazirliyimiz var, ona görə qurumun adı hərbi yox, müdafiə nazirliyidir.

"Nə vaxt başımıza vuracaqlarını və biz müdafiə olunacağımızı gözləyirik. Bu dəfə müharibə geniş miqyaslı olacaq, hansı texnikaları aldıqlarını çox yaxşı gördük. Baxın ki, sonra gec oldu deməyəsiniz. Bu barədə Ermənistanda danışmırlar, ancaq Azərbaycan prezidenti bütün dünya qarşısında bəyan edir ki, erməni torpaqları onlara aiddir.

Ermənistanda ordunu talan etdikləri bir vaxtda, Azərbaycanda ordu quruculuğu ilə məşğul olub, hərbi texnikanı inkişaf etdirib. Hərbi parad zamanı onların ordusunun addımlamasına, silahlarına, dəbilqələrinə diqqət yetirirdim, hər şey yenidir. Onların nizami addımları da Koreya ordusunun nizami addımları kimidir. Müharibə görən adam bütün bunları çox ciddiliklə qəbul edər. Onlar silahları nümayiş etdirdi, ancaq bu o demək deyil ki, elə bu gün hücum edəcəklər. Onlar ya payızda, yaxud yazda hücum edəcəklər. Ona görə deyirəm bizim vaxtımız yoxdur. İldırım sürəti ilə layihələrimizi gercəkləşdirməliyik", - deyə erməni polkovnik bildirib.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Müharibə  


Bizi "telegram"da izləyin