Erməni general iranlılara hərbi sursat satmaqla məşğul olub - DETALLAR

2018/06/456456_1530338513.jpg
Oxunub: 3934     14:00     30 İyun 2018    
Ermənistanda vəzifədən çıxarılan general Qriqoryan iranlılara hərbi sursat satmaqla məşğul olub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə baş hərbi inspeksiya rəisinin müavini vəzifəsindən azad edilən general Qareqin Qriqoryan barədə yeni məlumatlar ortaya çıxıb.

Belə ki, adının qeyd edilməsini istəməyən polis qoşunlarının ehtiyatda olan zabitlərindən biri, “Qel” ləqəbli general Qabrielyanın polis qoşunları komandanı vəzifəsindən azad edilərək, bir müddət sonra yeni vəzifəyə təyin edilməsinin səbəblərini açıqlayıb.

Məlumat verən mənbənin bildirdiyinə görə, 2008-2012-ci illər ərzində Qabrielyan vəzifə səlahiyyətlərindən dəfələrlə sui-istifadə edib və cəzasız qalıb. O, polis qoşunlarının balansında olan hərbi texnikanı doğrayaraq, metal kimi hissə-hissə satıb. Həmin dövrdə onun azad edilməsi səbəbi barədə mətbuatda yayılan yazılarda qeyd olunurdu ki, Qabrielyan polis qoşunlarına tələb olunandan iki dəfə artıq hərbi texnika, əmlak tələb edərək onları yerli dükanlara satır. Bəzi vəzifəlilər ordudan konservlər oğurlasa da, Qabrielyan əsgərin patronları aparıb iranlılara satırdı. Hərbi texnikanı hissə-hissə doğrayaraq, metal kimi satırdı. Elə bu səbəbdən sabiq prezident Sarkisyan onu vəzifədən azad edir.

Qabrielyan iki ildən sonra həmin prezident Sarkisyanın əmri ilə baş hərbi inspeksiya rəisinin 1-ci müavini təyin edilir. Bildirilir ki, onun bu vəzifəyə təyin olunmasına, erməni din xadimi ilə olan yaxın münasibətləri rol oynayıb. Din xadiminin Sarkisyanı inandırması nəticəsində, Qabrielyan baş hərbi inspeksiya rəisinin 1-ci müavini vəzifəsinə təyin edilir. O, bu vəzifədə 4 il xidmət edib və iyunun 27-də Paşinyanın qərarı ilə işdən azad edilib.

Qeyd edək ki, Qabrielyan bu vəzifəyə 2014-cü ildə Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın əmri ilə təyin edilib. Bundan öncə isə Qabrielyan 2008-2012-ci illər ərzində polis qoşunları komandanı, polis rəisinin müavini, ondan əvvəl isə bir sıra hərbi hissələrin komandiri olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   General  


Bizi "telegram"da izləyin