102-ci hərbi bazada xüsusi taktiki təlim keçirilib

2018/06/received_2581007498792069_1530297981.jpeg
Oxunub: 1869     02:43     30 İyun 2018    
Ermənistandakı rus hərbi bazasının hərbi qulluqçuları “Kamxud” yüksək dağ təlim mərkəzində döyüş maşınlarının açıq dayanacağında yanğın ocağının söndürülməsi sahəsində xüsusi taktiki təlim keçiriblər.

Ordu.az Cənub Hərbi Dairəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanğın siqnalı üzrə təlimə ştatla nəzərdə tutulan və ştatdankənar yanğın komandaları cəlb edilib.

PUA-larla şərti yanğın sahəsinin monitorinqi həyata keçirilib, video və foto görüntülər hərbi birləşmənin idarəetmə mərkəzinə ötürülüb.

Hərbi bazada yanğın təhlükəsi olan müddət ərzində növbətçiliyin yüksək səviyyədə təşkili məqsədilə 100-dən artıq hərbi qulluqçu və 20-dək xüsusi hərbi texnika, o cümlədən ordu aviasiyası və pilotsuz uçuş aparatları cəlb edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   102-ci-hərbi-baza  


Bizi "telegram"da izləyin