Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistandakı rus hərbi bazasının Erebuni aviabazasının hava limanında hərbi qulluqçuların psixoloji gərginliyin azaldıması otağı yaradılacaq.
Məlumata görə hərbi bazada belə bir yerin yaradılması və təchizatla təmin edilməsi yeni gələn hərbi qulluqçuların uyğunlaşmasına müsbət təsir göstərəcək.
Yaradılacaq otaqda üzücü gərginliyin azaldılması, iş qabiliyyətinin bərpası, psixoloji tədbirlər həyata keçimək üçün müvafiq şərait olacaq. Psixoloji gərginliyin azaldıması otağında aviasiya hərbi bazasında uçuş və mühəndis texniki heyəti təlim və döyüş tapşırıqlarını uğurla yerinə yetirmək üçün psixoloji sabit vəziyyəti qoruyub saxlaya biləcəklər.
Otağın yaradılması üçün görülən işlər cari ilin yay aylarının sonunadək başa çatacaq.
Alpər Mövludoğlu
Ordu.az