Vartanyan: "Apreldə Hakopyan qaçmasaydı, İsrail PUA-sı onu məhv edəcəkdi"

2018/06/345345_1530263649.jpg
Oxunub: 3795     17:11     29 İyun 2018    
"Ermənistan prezidenti Qarabağdakı hərbi qurumun qərargah rəisi ilə mobil telefonla əlaqə yaratmağa cəhd edərkən, həmin İsrail istehsalı olan PUA qəraragah rəisinin mobil telefon danışığını tutmaqla onu məhv etməyə çalışırdı. Ancaq onun bəxti son məqamda qaça bildiyinə görə gətirdi".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanda İnformasiya texnologiyaları şirkətləri birliyinin sədri Karen Vartanyan bildirib.

Ermənistanın hərbi sənaye sahəsində problemlərin olduğunu qeyd edən Vardanyan, ilk növbədə hərbi sənaye komitəsini müdafiə nazirliyinin tərkibindən çıxarılmasının vacibliyini vurğulayıb. O, bunu generalların bu sahədə mübarizə apardığını əsas gətirərək, komitənin inkişafına mane olması ilə izah edib.


Vartanyan, Azərbaycanın bu sahədə daha yaxşı nailiyyət əldə etdiyini, ən müasir İsrail istehsalı PUA-lar tətbiq etdiyini, ermənilərin isə heç 2016-cı il səviyyəsində belə mübarizə aparmaq qabiliyyətinin olmadığını bildirib: "Aprel döyüşlərində rabitə vasitəsi olmadığına görə ağır itkilər verdik. Ermənistan prezidenti Qarabağdakı hərbi qurumun qərargah rəisi ilə mobil telefonla əlaqə yaratmağa cəhd edərkən, həmin İsrail istehsalı olan PUA qəraragah rəisinin mobil telefon danışığını tutmaqla onu məhv etməyə çalışırdı, ancaq onun bəxti gətirdi ki, son məqamda qaça bildi".

Vartanyan kəskin şəkildə qeyd edib ki, Hakopyanın yeri zibillikdir və onun orduda olmağa haqqı yoxdur.

"Bu qədər baş verənlərdən sonra, o, Ermənistanın baş qəraragah rəisi olur. Bu vəzifəyə təyin olunmasına baxmayaraq yenə rabitə vasitələrinə heç bir diqqət ayırmır, əlavə olaraq yeni hakimiyyət Movses Hakobyanı baş hərbi inspeksiya rəisi təyin edir. Bu insanın yeri zibillikdir, çünki bütün bu problemləri görərək, gəlib qəraragah rəisi olduqdan sonra da həlli istiqamətində heç bir iş görməyən şəxsin orduda olmağa haqqı yoxdur. Hazırda Azərbaycan hərbi sənaye sahəsində erməni tərəfli ilə müqayisədə aşkar şəkildə üstünlüyə malikdir. Biz vaxtı keçmiş, ibtidai yanaşmalarımızla Azərbaycanı bizə hücum etməyə təşviq edirik", - deyə o vurğulayıb.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aprel-döyüşləri   İsrail-Azərbaycan  


Bizi "telegram"da izləyin