Bu fikirləri ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini xanım Alis Uels iyunun 29-da Bakıda keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycan öz coğrafi mövqeyinə görə bu məsələdə çox dəyərli oyunçudur: "Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupuna əllidən çox ölkənin təmsilçiləri daxildir. Əfqanıstanda Azərbaycanla ABŞ arasındakı əməkdaşlıq iki ölkənin münasibətlərinin əsas komponentlərindən biridir".
Xatırladaq ki, Alis Uels Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısnda iştirak etmək üçün Bakıya gəlib.
Ordu.az