Ermənistanda zastava rəisinin müavini və sabiq qərargah rəisi həbs olunacaq

2018/06/345345_1530257727.jpg
Oxunub: 2960     15:33     29 İyun 2018    
İyunun 28-də Syunik vilayətinin məhkəməsində hərbi qulluqçu Qevork Xaçatryanın intihar həddinə çatdırma işi üzrə şahid qismində cəlb edilən zastava rəisinin müavini Hayk Vardevanyan və hərbi hissənin sabiq qərargah rəisi Andranik Karapetyan ifadə veriblər.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisindən yayıblar.

Onlar iş üzrə şübhəli qismində saxlanılan Muradyan və Voskanyanın vəkili Barseğyanın vəsadəti ilə dindiriliblər.

Hərbi hissənin sabiq qərargah rəisi Andranik Karapetyan ifadəsində bildirib ki, zabitlərin donuz saxlamaqla məşğul olmasından xəbərdar olmayıb, əsgərlərin bu kimi işlərə cəlb edilməsi qanunauyğun deyil, ancaq hər bir əsgər belə işlərdə yardım edib-etməməyə dair özü qərar verir. Qəraragah rəisi qeyd edib ki, kart oynamaq eyni qaydada qadağandır.

Zastava rəisinin müavini Hayk Vardevanyan da ifadəsində qeyd edib ki, bütün zabitlər donuz saxlamaqla məşğul olublar. Donuzlara yeməyi şəxsən daşıyıblar, əsgərlər bu işə cəlb edilməyiblər.

Şübhəli kimi saxlanılan Muradyan və ölən Xaçatryanın münasibətləri normal olub. Muradyan əlavə nəsə xatırlamasa da ilkin araşdırma zamanı verdiyi izahatları təsdiq edib. Vəkilin bir sıra digər vəsadətləri təmin edilməyib. Məhkəmə işinin davamı 19 iyul tarixinə təyin edilib.

Xatırladaq ki, 28 noyabr 2015-ci il tarixində Ermənistan təhlükəsizlik xidməti sərhəd qoşunlarının hərbi hissələrindən birində Qevork Xaçatryan odlu silah yarasından ölüb.

Hadisənin növbəti günü intihar hədinə çatdırma maddəsi ilə cinayət işi açılıb. Hərbi qulluqçular arasında qarşılıqlı münasibət qaydalarının pozulması, vəzifə səlahiyyətindən sui-istifadə etmə, hərbi qulluqçunu təhqiretmə və hərbi qulluqçular tərəfindən qumar oyunu təşkil etmə və iştirak etmə maddələri üzrə onun silahdaş yoldaşları və rəislərinə qarşı ittiham irəli sürülüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   İntihar  


Bizi "telegram"da izləyin