Günnüt qəhrəmanı Adil Tatarovun xatirəsi anılıb - FOTOLAR
Oxunub: 3368
15:25
29 İyun 2018
Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman şəhid olan hərbi qulluqçu əsgər Tatarov Adil Əli oğlunun xatirəsi doğulub, boya-başa çatdığı Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində anılıb.
Ordu.az-ın qərb bürosunun məlumatına görə, Adil Tatarovun xatirəsi təhsil aldığı Xanməmməd Rzayev adına Qıraq Kəsəmən tam orta məktəbinin qarşısında kəndin yeddi şəhidinin əziz xatirəsinə ucaldılan Xatirə kompleksində də əbədiləşdirilib.
Mərasimdə Müdafiə Nazirliyinin nümayəndələri, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, ictimaiyyət nümayəndləri, həmçinin Günnüt əməliyyatında onunla birgə döyüşlərdə iştirak edən əsgərlər də iştirak edib, şəhidin atası ilə görüşüblər.
Adil Tatarovun otağında xatirə güşəsi də yaradılıb. Şəhidin komandiri onun paltarını, şəxsi əşyalarını və təltif olunduğu fəxri fərman və təşəkkürnamələri onun atasında təqdim edib.
Qeyd edək kli, şəhid Adil Tatarov "Şücaətə görə" medalından sonra, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətənə görə" medalı ilə təltif olunub. Yaxın günlərdə şəhidin medalı da ailəsinə tədqim olunacaq.