Daha öncə xəbər veridiyimiz kimi, dünən saat 18:00 radələrində, işğal altında olan Qarabağın cənub-şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda təxribata cəhd edən müqaviləli erməni hərbi qulluqçu, 1992-ci il təvəllüdlü Vahaqn Zoniki Eloyan məhv edilib.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, o, döş qəfəsindən aldığı dəlib keçən odlu silah yarası ilə hərbi hospitala təxliyyə edilərkən ölüb.
Hazırda Ermənistanın istintaq komitəsinin 3-cü qarnizon istintaq şöbəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Eloyana 2016-cı ildə baş leytenant rütbəsi verilib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan-ordusu
Ölüm
Qarabağ