Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, iyunun 7-də işğal altında olan Qarabağda qoşunların təmas xəttində təxribat törətməyə cəhd edərkən yaralanmış erməni əsgəri Qevork Xaçatryan İrəvana təxliyyə edilib.
Məlumata görə, 20 yaşlı erməni əsgərinin vəziyyəti ağır sabit olaraq qalır.
Xatırladaq ki,1998-ci il təvəllüdlü erməni ordusunun əsgəri Qevorq Andraniki Xaçatryan iyunun 7-də saat 23:30 radələrində işğal altında olan Qarabağın şimal istiqamətində yerləşən qanunsuz hərbi hissələrin birinin döyüş postunda təxribata cəhd edərkən yaralanıb.
Alpər Mövludoğlu
Ordu.az