Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu almaniyalı ekspert Aleksandr Rar deyib.
Onun fikrincə, həmsədrlər münaqişənin həlli naminə Ermənistanda baş vermiş dəyişikliklərdən yan keçə bilərlər.
"Necə edəcəklərini, onların özləri yaxşı bilirlər", - deyə Rar vurğulayıb.
Hərbi ekspert Pavel Felqenqauerin dəyərləndirməsinə görə isə, hazırda Ermənistan və Azərbaycan liderləri tərəfindən hərbi rotirikalı çıxışlar səsləndirilir.
"Mən bunu çətinliklə diplomatiya adlandıra bilərəm. Ermənistan baş naziri Nikol Paşinyanın simasında diplomatiya və hərbi ritorika qarışıqdır, danışıqlar prosesində diktə edən tərəf olmağa cəhdlər edilir. Təbiidir ki, belə vəziyyətdə Qarabağın (qondarma qurum-red.) danışıqlar prosesində iştirakına Azərbaycan tərəfinin razı olacağını gözləmək çətindir. Azərbaycan bu imkanı tam şəkildə inkar edir, əlavə olaraq bu cür güzəşt etməkdənsə müharibəyə hazır olduğunu nümayiş etdirir", - deyə hərbi ekspert bildirib.
Felqenqauer bildirir ki, münaqişədə Rusiya və ABŞ mühüm rola malikdir və hazırda qondarma qurumun danışıqlar prosesində iştirakına dair bu ölkələrin mövqeyi məlum deyil.
"Qeyd edim ki, hər iki tərəfin mövqeyinin qeyri-qənaətbəxş olacağı istisna edilmir. Belə ki, xarici işlər nazirlərinin görüşündə Lavrovun bu məsələni və onun nəticələrinin məsuliyyətini tərəflərin üzərinə qoyaraq nümayiş etdirdiyi mövqe kifayət qədər anlaşılmaz və qeyri-müəyyən idi", - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az