"HALO Trust"ın Qəyyumlar şurasının üzvü Qarabağa qanunsuz səfər edib

2018/06/1_1528369726.jpg
Oxunub: 1429     19:04     07 İyun 2018    
"HALO Trust" beynəlxalq qeyri-hökumət təşkilatının Qəyyumlar şurasının üzvü Rupert Yanqer işğal altında olan Qarabağa gəlib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən qondarma qurum nümayəndələri ilə görüşən Yanqer, onlara Ağdərədə baş verən mina partlayışı ilə əlaqədar aparılan araşdırma nəticələrini təqdim edib.

Görüşdə "HALO Trust" təşkilatının regional direktoru Eşli Bodi və Qarabağ layihəsinin rəhbəri Maykl Nyuton da iştirak edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HALO-Trust   Qarabağ   Qanunsuz-səfər  


Bizi "telegram"da izləyin