"Rusiyanın Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır" - Lavrov

2018/06/2074-Sergey-Lavrov_1526286188_1528367015.jpg
Oxunub: 2844     18:13     07 İyun 2018    
"Erməni həmkarımla görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə etdik".

Ordu.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Zohrab Mnatsakanyanla birgə mətbuat konfransında bildirib.

Lavrov qeyd edib ki, Rusiya həm Bakı, həm İrəvanla ikitərəfli, həm də ATƏT-in Minsk Qrupu çərçivəsində digər həmsədr ölkələrlə birlikdə Qarabağ münaqişəsi ilə bağlı tərəflərə qarşılıqlı məqbul sayılan həll yolunu tapmağa kömək etməyə davam edəcək.

Onun sözlərinə görə, Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Bu mövqe münaqişənin Minsk qrupu vasitəsi ilə danışıqlar yolu ilə həllindən ibarətdir.

"Biz ümidvarıq ki, bu optimal formatdır. Rusiya ilə yanaşı digər həmsədr dövlətlər - ABŞ və Fransa da fikirlərşir ki, danışıqlar Minsk qrupu vasitəsilə nizamlanma prosesinə zidd olmamalı və bu, Bakı və İrəvanın danışıqları davam etdirməsinə imkan verməlidir. Müəyyən dövrdə "Dağlıq Qarabağ" danışıqlarda iştirak edib. Sonra əldə olunana razılaşmaya əsasən iştirak dayandırıldı. ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Papov deməyib ki, "Dağlıq Qarabağ" danışıqlar masasına mütləq qayıtmalıdır. Siz onun sözlərini təhrif etməyin.

Əgər münaqişə tərəfləri hansısa mərhələdə "Dağlıq Qarabağ"ın danışıqlarda iştirak etməsi barədə razılığa gəlsələr, biz bu qərara hörmət edəcəyik", - deyə o bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Qarabağ  


Bizi "telegram"da izləyin