Ordu.az xəbər verir ki, buna səbəb isə övladlarının xidmət etdiyi hərbi hissədə mütəmadi olaraq təhqirlərə və təzyiqlərə məruz qalmasıdır.
Atıq bir ildir ki, hərbi xidmətdə olan hərbi qulluqçu Mişa Sarqsyan hərbi hissənin serjantı tərəfindən sistematik olaraq incidilir. Əsgərin valideynlərinin dəfələrlə komandanlığa və hərbi polisə müraciət etmələrinə baxmayaraq, nizamnamədən kənar hərəkətlərə yol verən şəxs barədə nəinki tədbir görülmür, əksinə övladları hər dəfə daha artıq təhqirlərə məruz qalır. Buna görə də M.Sarkisyanın valideynləri mülki prokurluğa müraciət ediblər.
Məlumatda o da bildirilir ki, artıq şəhər prokurorluğundan hərbi hissə komandirinin adına məktub daxil olub və faktla bağlı qaldırılan cinayət işi istintaq üçün hərbi polisə göndərilib.
Alpər Mövludoğlu
Ordu.az