Parolu yaddan çıxaran erməni post başçısı güllələndi

2018/05/456546_1527571042.png
Oxunub: 2257     13:15     29 May 2018    
İşğal olunmuş ərazilərimizdə yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində növbəti qanlı insident baş verib.

Ordu.az xəbər verir ki, mayın 19-da Ağdərə yaşayış məntəqəsi ərazisində yerləşdirilən düşmən ordusunun 5-ci dağ atıcı alayının döyüş mövqeyində əsgər atəş açaraq parolu yaddan çıxaran post başçısı Armen Stepanyanı yaralayıb.

Hərbi hissədə ilkin olaraq hadisəni “ya özünü vurub”, yaxud “döyüşdə yaralanma” kimi qələmə verməyə çalışıblar. Lakin sonradan A.Stepanyan postda başqa əsgər tərəfindən güllələndiyini etiraf edib.

Faktla bağlı hərbi polis araşdırma aparır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Qarabağ  


Bizi "telegram"da izləyin