Ordu.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə KXDR xarici işlər nazirinin birinci müavini Kim Qe Qvana bəyan edib.
“Biz danışıqlar masası arxasına əyləşərək ABŞ-la üzvbəüz oturmağa və istənilən vaxt və istənilən formatda fikir ayrılıqlarını həll etməyə hazırıq”, - deyə Qvana bildirib.
O qeyd edib ki, Donald Trampın sammiti ləğv etmək qərarın ABŞ-ın KXDR-ə münasibətdə nə qədər düşmən qaldığını nümayiş etdirir.
“Bizim məqsədimiz Koreya yarımadası və dünyada sülh və stabilliyə nail olmaqdan ibarətdir və biz bu məqsədlə ABŞ-la danışıqlar aparmağa hazırıq”, - deyə Qvan açıqlayıb.
Ağalar Qəribov
Ordu.az