Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Sinqapur Xarici İşlər Nazirliyi məlumat ayıb.
“Sinqapur iyunun 12-də baş tutması planlaşdırılan görüşün təxirə düşməsinə görə təəssüflənir. Eyni zamanda biz Koreya yarımadasında sülh məqsədli dialoqun davam etdiriləcəyinə ümidvarıq”, - deyə məlumatda bildirilir.
Qeyd edilir ki, danışıqlardan imtina edilməsi vəziyyəti gərginləşdirə də bilər, lakin tərəflər ayıqlığı itirmədən Koreya yarımadasında vəziyyəti gərginləşdirməməlidirlər.
Ağalar Qəribov
Ordu.az