“KADEX-2018”: Ukrayna Qazaxıstan hərbi gəmilərini modernləşdirməyi təklif edir

2018/05/2335_1527169868.jpg
Oxunub: 1826     21:51     24 May 2018    
Ukraynanın “UkrOboronProm” dövlət konserni “Bars” layihəsinin gəmilərini modernləşdirməyi təklif edir.

Ordu.az xəbər verir ki, bu barədə “Kazinform” informasiya agentliyi məlumat yayıb.

“Qazaxıstan Müdafiə Nazirliyinin təmsilçiləri gəmiqayırma sahəsində “Bars” layihəsini müzakirə ediblər. Bu, Ural zavodunda tikilən gəmilər barədə Rusiya ilə birgə həyata keçirilən layihədir. Artıq 4 gəmi istehsal edilib”, - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, “KADEX -2018” sərgisi çərçivəsində Ukrayna Qazaxıstanın bu gəmilərini modernləşdirməyi təklif edir və əgər şərtlər razılaşdırılarsa, Astana bu təklifi qəbul edəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Qazaxıstan   Bars  


Bizi "telegram"da izləyin