Ordu.az xəbər verir ki, bu barədə KXDR dövlət agentliyi olan Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
“Bu gün Pxungeri poliqonunun tam demontajı həyata keçirilib. Poliqonun ləğv edilməsi zamanı radiasiya sızdırılması qeydə alınmayıb”, - deyə məlumatda bildirilir.
Qeyd edilir ki, Koreya İşçi Partiyasının qərarına uyğun olaraq KXDR Nüvə Silahları İnstitutu nüvə poliqonunun tam demontajını həyata keçirib.
Ağalar Qəribov
Ordu.az