ABŞ səfiri Britaniyanı müdafiə büdcəsini artırmağa çağırıb

2018/05/4534_1526383966.jpg
Oxunub: 4251     19:31     15 May 2018    
Birləşmiş Ştatların Britaniyadakı səfiri Vudi Conson Birləşmiş Krallığın müdafiə büdcəsinin artırılmasının zəruriliyindən danışıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, Donald Trampın NATO daxilində hamının əvəzinə ödəniş etmək istəmədiyini və öz müttəfiqlərinə etibar etmək fikrində olduğunu xatırladıb.

“Bilirsiz ki, prezident bəyan etdi ki, o, hər şey üçün ödəniş etmək istmir. O, müttəfiqlərimizə inanmaq niyyətindədir. İstəyir ki, ortaq müdafiə məsələsində hər kəs məsuliyyət götürsün, təkcə ABŞ yox”, - deyə səfir qeyd edib.

Conson Britaniyanın 25%-lik paya sahib olduğu F-35 proqramına da toxunub. O, Britaniyanın proqramda daha sürətli nailiyyətlər əldə etmək üçün daha çox səy göstərə biləcəyinə inandığını bildirib.

Xatırladaq ki, ötən həftə yayılan xəbərlərdə Britaniya parlamenti Krallıq ordusundakı çatışmazlıqların aradan qaldırılması üçün 21 milyard dollara ehtiyac olduğunu bəyan edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Britaniya   Müdafiə-büdcəsi  


Bizi "telegram"da izləyin