Beynəlxalq xakerlər Çinin kiber müdafiə sistemini yoxlayıblar

2018/05/4234_1526381278.jpg
Oxunub: 2505     18:46     15 May 2018    
Çin ilk dəfə olaraq özünün ən sonuncu kiber müdafiə sistemini yoxlamaq məqsədilə beynəlxalq ağ papaqlı xaker qrupunu ölkəyə dəvət edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sınaqlar Çin Mühəndislik Akademiyası tərəfindən təşkil edilib.

Məlumata görə, qrup ölkənin yerli istehsal edilən “Cyber Mimic Defense” kibermüdafiə sistemini sınaqdan keçiriblər.

Sınaqlar zamanı sistemə 500 mindən çox hücum edilsə də, onun müdafiəsini qırmaq mümkün olmayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Kiber-müdafiə  


Bizi "telegram"da izləyin