Pentaqonla əməkdaşlığa görə “Google”da işdən çıxmalar davam edir

2018/05/Гугл-работает-на-пентагон_1526376409.jpg
Oxunub: 3372     17:45     15 May 2018    
“Google” şirkətinin onlarla əməkdaşı şirkətin “Project Maven” proqramı çərçivəsində Pentaqonla əməkdaşlığına görə işdən çıxmaq qərarına gəlib.

Ordu.az “Gizmodo” nəşrinə istinadən xəbər verir ki, bu barədə “Google” şirkətindən olan mənbələr məlumat yayıb.

Məlumata görə, “Project Maven” şirkəti ABŞ hərbçiləri üçün süni intellektin yaradılmasını nəzərdə tutur və bu proqramın təchiz edildiyi PUA-lar canlı olmayan obyektləri insanlardan ayırmağa qadir olmalıdır.

Şirkət əməkdaşları öz qərarlarını Pentaqonla əməkdaşlığın yolverilməz olduğunu düşündükləri ilə əlaqələndirirlər. Onların fikrincə, PUA-lar həyat üçün təhlükəlidir və belə alqoritmlərdən orduda istifadə edilməməlidir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Google  


Bizi "telegram"da izləyin