Ağ Ev Özbəkistan prezidenti ilə hərbi əməkdaşlığı müzakirə etmək istəyir

2018/05/2127-Liza-Körtis_1526374011.jpeg
Oxunub: 2031     16:57     15 May 2018    
“Birləşmiş Ştatlar Özbəkistan prezidenti Şavkat Mirziyayevin Vaşinqtona səfərini gözləyir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin köməkçi müavini və Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasında Cənubi və Mərkəzi Asiya üzrə baş direktor Liza Körtis bəyan edib.

“Mirziyayevin ABŞ-a səfərində yalnız iqtisadi deyil, hərbi sahədə də qarşılıqlı fəaliyyət barədə razılıq əldə edəcəyimizə ümid bəsləyirik. Bu, gələcəkdə təhlükəsizlik, terrorizmlə mübarizə kimi sahələrdə birgə fəaliyyətin təməlinin əsasının qoyulmasıdır”, - deyə Körtis bildirib.

O qeyd edib ki, Özbəkistan prezidenti ilə həmçinin İŞİD-ə qarşı mübarizənin müzakirə edilməsi nəzərdə tutulub.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Özbəkistan   Şavkat-Mirziyayev   Liza-Körtis  


Bizi "telegram"da izləyin