Ryabkov: “ABŞ-ın nüvə müqaviləsindən çıxması dünyada hərbi gərginliyi artırıb”

2018/05/2125-Sergey-Ryabkov_1526373362.jpg
Oxunub: 3700     16:13     15 May 2018    
“ABŞ-ın İranın nüvə müqaviləsindən çıxmasından sonra dünyada hərbi gərginlik artır”.

Ordu.az TASS informasiya agentlliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naazirinin müavini Sergey Ryabkov bəyan edib.

Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın İranla nüvə müqaviləsindən çıxmaq barədə qərarına yenidən nəzər salmayacağını düşünür.

“Artıq ABŞ prezidenti Donald Tramp son qərarı verib. Lakin Rusiya nüvə müqaviləsi üzrə mükəlləfiyyətlərinin icrasını davam etdirəcək”, - deyə Ryabkov açıqlayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Rusiya   Sergey-Ryabkov  


Bizi "telegram"da izləyin