NATO hərbi gəmiləri Gürcüstana gəlib

2018/05/2121_1526371446.jpg
Oxunub: 1981     16:08     15 May 2018    
Gürcüstanın Poti limanına NATO hərbi dəniz qrupunun 4 gəmisi daxil olub.

Ordu.az “Kavkazskiy uzel” nəşrinə istinadən xəbər verir ki, gəmilərin gəlməsinin səbəbi Gürcüstanda Sahil Mühafizə Xidməti ilə birgə təlimlərdə iştirak etməkdir.

Gürcüstana gələn gəmilər Böyük Britaniyanın “HMS Duncan” eskadriliya esmines, Türkiyənin “TCG Gemlik” freqatı, Bolqarıstanın “BGS Drazki” freqatı və Rumıniyanın “Regele Ferdinant” freqatıdır.

Gəmilər Gürcüstanda mayın 18-dək qalacaq. Səhərin daha bir məqsədi Gürcüstan və NATO arasında qarşılıqlı əməkdaşlığın səviyyəsini yüksəltməkdir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Gürcüstan  


Bizi "telegram"da izləyin