Sinqapur ABŞ və KXDR liderlərini hərbi bazada qəbul edəcək

2018/05/2116-Kim-Çen-In-və-Donald-Tramp_1526369124.jpg
Oxunub: 3020     15:12     15 May 2018    
Sinqapur ABŞ və KXDR liderlərinin qəbul edilməsi üçün “Payya leba” hərbi hava bazasını təklif etmək niyyətindədir.

Ordu.az “The Straits Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə Sinqapur hökumətindən olan mənbələr məlumat verib.

Hərbi baza Sinqapurun şimal-şərqində yerləşir və təhlükəsizlik baxımından ideal yer hesab edilir.

Sinqapurun bu yeri qəbul məntəqəsi olaraq seçməsinin əsas səbəblərindən biri həm Donald Tramp, həm də Kim Çen Inın təhlükəsizlik məsələlərinə xüsusi diqqət verməsi olaraq göstərilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sinqapur   Donald-Tramp   Kim-Çen-In  


Bizi "telegram"da izləyin