Ordu.az “Kazinform” agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anuar Jaynakov bəyan edib.
“Suriya silahlı müxalifətinin nümayəndələri Suriyadakı vəziyyətin tənzimlənməsi üzrə beynəlxalq görüşdə iştirak üçün bu gün səhər saatlarında Astanaya gəlib. Onların sayı 24 nəfərdir və rəhbərləri Əhməd Tomadır”, - deyə Jaynakov bildirib.
Onun sözlərinə görə, Suriya üzrə görüşün plenar iclası yerli vaxtla 15:00-da (Bakı vaxtı ilə 11:00) başlayacaq.
Ağalar Qəribov
Ordu.az