Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Xarici Siyasət Ximdəti məlumat yayıb.
“Federika Mogerini mayın 15-də Brüsseldə Almaniya, Fransa və Böyük Britaniyanın xarici işlər nazirləri ilə danışıqlar aparacaq. Daha sonra isə görüş Məhəmməd Cavad Zərifin qoşulması ilə davam edəcək”, - deyə məlumatda bildirilir.
Həmçinin qeyd edilir ki, görüşdə əsas müzakirə mövzusu ABŞ prezidenti Donald Trampın nüvə müqaviləsindən çıxmasından sonra müqavilənin bundan sonrakı taleyi ilə əlaqədar olacaq.
Ağalar Qəribov
Ordu.az