Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yaponiya müdafiə naziri İtsunori Onodera bəyan edib.
“Artıq may ayı çərçivəsində şimali Aomori prefekturasında yerləşən Misava hərbi bazasında 6 ədəd çoxməqsədli F-35A qırıcısı yerləşdiriləcək”, - deyə Onodera bildirib.
O qeyd edib ki, bir qırıcı artıq gün ərzində bazaya gələcək, mayın 26-da isə oraya daha 5 qırıcı yerləşdiriləcək.
“Bu, Yaponiyanın hava müdafiəsi imkanlarını artıracaq, həmçinin ABŞ və Yaponiya arasında qarşılıqlı fəaliyyəti möhkəmləndirəcək”, - deyə Onodera açıqlayıb.
Ağalar Qəribov
Ordu.az