Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsrail baş naziri Binyamin Netanyahu bəyan edib.
“Ordu, İsrail Ümumi Təhlükəsizlik Xidməti və polis yüksək hazırlıq rejiminə gətirilib. Ordu və təhlükəsizlik qüvvələrinin qətiyyətli fəaliyyəti İsrail sərhədlərindən qanun pozuntularının qarşısını alıb”, - deyə Netanyahu bildirib.
O qeyd edib ki, artıq İsrail müdafiə və daxili təhlükəsizlik nazirləri Aviqdor Liberman və Gilad Erdan, həmçinin ordu və xüsusi xidmət rəhbərləri ilə görüşərək konsultasiyalar həyata keçirib.
Ağalar Qəribov
Ordu.az