Hindistan yerli silah istehsalına 2,22 milyard dollar vəsait ayıracaq

2018/05/345345_1526306442.jpg
Oxunub: 2664     23:38     14 May 2018    
Hindistan Müdafiə Nazirliyi yeddi növ silahın yerli istehsalı üçün 2 milyard 220 milyon dollar vəsait xərcləməyi planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, planın məqsədi müdafiə imkanlarını yerli kompaniyaların hesabına gücləndirmək və eyni zamanda özəl sektoru stimullaşdırmaqdır.

Rəsmilərin sözlərinə görə, təxminən 10 illik planlaşdırılmış proqram nəticəsində Hindistan ordusunun idxaldan asılılığı əhəmiyyətli dərəcədə azalacaq.

Məlumata görə, vəsaitin ayrılacağı sursatlar avtomat qumbaraatanlar, 122 mm-lik “Qrad” raketləri, bimodular artilleriya sistemləri, BMP-II piyada döyüş vasitələri üçün nəzərdə tutulmuş 30 mm-lik yüksək partlayıcı gücə malik mərmilər, “Smerç” raketləri, “Konkurs” tank əleyhinə idarəolunan raketlər, T-90 və T-72 tankları üçün nəzərdə tutulmuş 125 mm-lik APFSDS mərmiləridir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Silah-istehsalı  


Bizi "telegram"da izləyin