Ordu.az “Kazinform” agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan müdafiə və aerokosmik sənayesi naziri Behbut Atamkulov bəyan edib.
“Biz Alma-Ata aviatəmir zavodunun bazasında Mi-8/17 helikopterlərinin yığılmasını qaydaya salmağı planlayırıq. İlk helikopterlərin yığılmasına artıq cari il çərçivəsində başlamaq niyyətindəyik”, - deyə Atamkulov bildirib.
O qeyd edib ki, bu helikopterlər artıq öz etibarlılıqlarını düynanın bir çox ordularında sübut edib və Qazaxıstanda onların istehsalı yalnız müsbət bir hal kimi qiymətləndirilə bilər.
Ağalar Qəribov
Ordu.az