Tramp BMT baş katibi ilə KXDR və Suriyanı müzakirə edəcək

2018/05/2104-Donald-Tramp-və-Antonio-Quterreş_1526306308.jpg
Oxunub: 2666     21:58     14 May 2018    
ABŞ prezidenti Donald Tramp mayın 18-də BMT baş katibi Antonio Quterreşlə KXDR və Suriya ətrafındakı vəziyyəti müzakirə edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

“Prezident Tramp mayın 18-də Ağ Evdə BMT baş katibi Antonio Quterreşi qəbul edəcək. Onlar Şimali Koreya və Suriya ətrafındakı vəziyyət, BMT-də keçirilə bilən islahatlar, həmçinin digər problem və təhdidləri müzakirə edəcəklər”, - deyə məlumatda bildirilir.

Ağ Evin məlumatına görə, bu görüş həmçinin ABŞ-ın BMT-nin effektivliyinin artırılmasına sadiq olduğunu sübut edəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   ABŞ   Donald-Tramp   Antonio-Quterreş  


Bizi "telegram"da izləyin